Erməni nazir: “Yaydığım videoya görə üzr istəyirəm” – Video

18-12-2015, 13:52           
Erməni nazir: “Yaydığım videoya görə üzr istəyirəm” – Video
Mən bütün ukraynalılardan yaydığım videoya görə üzr istəyirəm.
Axar.az xəbər verir ki, bunu Ukrayna televiziyalarından birinə müsahibəsində Ukrayna Daxili İşlər naziri Arsen Avakov söyləyib. O, emosiyalarına sahib çıxa bilmədiyi üçün təəssüf etdiyini bildirib:
“Mən bu insana zərbə endirməmək üçün ona emosional cavab verdim. Bu daha çox şəxsi səbəblərlə bağlı idi. Mən yorulmuşdum və demək olar ki, bütün gecəni yatmamışdım. Saakaşvili haqqında düşündüklərimin hamısını demişəm. Təəssüf edirəm ki, ölkə olanların hamısını gördü. Ukrayna siyasətinin reallıqları bundan da çirklidir”.
Qeyd edək ki, bir müddət öncə Milli Reform Şurasında Ukrayna Daxili İşlər naziri Arsen Avakovla Odessa qubernatoru Mixail Saakaşvili arasında mübahisə yaranıb. Mübahisə zamanı Avakov içində su olan stəkanı Saakaşvilinin üzərinə atıb və onu korrupsiyada günahlandırıb. Baş nazir Arseni Yaçenyuk isə iclas zamanı Saakaşvilidən ölkəni tərk etməsini tələb edib.
Milliyyətcə erməni olan Avakov davanın görüntülərini sosial şəbəkədəki profilindən paylaşmışdı.
[media=https://www.youtube.com/watch?v=t76tr5F5qFk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.