Banklar devalvasiyaya hazırlaşır – manatla kredit verilməsi dayandırıldı

19-12-2015, 09:31           

Azərbaycan bankları növbəti devalvasiyaya hazırlaşır. Artıq banklar manatla kredit verilməsini dayandırıb, yalnız dollarla kredit verilir. Bu barədə istiqlal.az-a bank sekorundakı mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, banklar manatla kredit almaq istəyənlərə müxtəlif bəhanələrlə rədd cavabı verir. Məsələn, “Bakı qeydiyyatında deyilsən”, “dövlət qulluğunda işləyən 3 nəfər zəmanət verməlidir” və s. bəhanələrlə müştərilərə qapını arxa tərəfdən örtməyi tapşırırlar. Hətta bankdan əvvəllər kredit götürən və vaxtı-vaxtında ödəyən şəxslərə də oxşar bəhanələrlə rədd cavabı verirlər. Halbuki bu şəxslər pozitiv müştərilər kateqoriyasına daxildir və bank praktikasına görə, onlar qeyd-şərtsiz kredit verilməlidir. Hətta yüksək maaşı olanlara belə “rədd” cavabı verilir.

Mənbə deyir ki, bu təlimat Mərkəzi Bankdan gəlməyib: “Bu bankların özünü sığortalamaq üçün atdığı addımdır. Bank sektorunda çox yaxın günlərdə devalvasiyanın baş verəcəyi ilə bağlı məlumatlar var. Ona görə də kreditlərin verilməsi devalvasiyaya qədər təxirə salınıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru