İran müvəqqəti evə buraxdığı 70 min məhbusu həbsxanaya qaytarmayacaq

10-03-2020, 00:01           
İran müvəqqəti evə buraxdığı 70 min məhbusu həbsxanaya qaytarmayacaq
İran koronavirus təhlükəsinə görə müvəqqəti olaraq sərbəst buraxdığı 70 min məhbusu ictimai təhlükəsizlik olmayanadək həbsxanaya qaytarmaq niyyətində deyil.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi bildirib.

“İctimai təhlükə yaratmayanadək məhbusların sərbəst buraxılması davam edəcək”, - o vurğulayıb.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru