Bakıda orta məktəbdə dəhşət: Stalinsayağı rejim yaradılıb... - Şagirdi boykot edib, döydülər...
22-12-2015, 13:35
Bakı sakini Bahar Nuriyeva ANAXEBER.az-a müraciət edib. Bahar Nuriyeva bildirir ki, 210 saylı məktəbin 3-cü sinif şagirdi olan oğlunu məktəbdə səbəbsiz yerə incidirlər:
”Məktəbdə tez-tez pul yığırdılar. Başqa valideynlər mən də pul verirdim. Son olaraq məndən printer pulu istənildi. Mən də yarısını verdim. Bu isə müəllimənin acığına gəldi. Səbəbsiz yerə uşağımı incitməyə başladı. İlk olaraq şər atdılar ki, guya uşaq pis-pis sözlər yazıb. Uşağı mənim xəbərim olmadan 1 saat saxlayıblar. Uşağa hədə-qorxu gəliblər ki, boynuna almasan səni polisə verəcəyik. Anandan pul istəyəcəyik, uşaq da qorxusundan boynuna alıb. Səhəri gün məktəbə getdim.
Müəllimə ilə danışdım. Uşağın dediklərini doğru olduğunu təsdiqlədi. Nəticə olaraq həmin kağızda yazıldığı çirkin sözlərin mənim oğluma aid deyil, həmin sinifdə oxuyan başqa şagirdə aid olduğu açıqlandı. Ona baxmayaraq valideynlərin, hətta sinif yoldaşlarıının mənim oğluma qarşı münasibətləri sərtləşdi. Müəllimə onları sakitləşdirmək əvəzinə aranı qarışdırırdı.
Oğlum sinif yoldaşları tərəfindən döyülüb “sən bu sinifə layiq deyilsən bu sinifdə oxuma çıx get” sözləri ilə təhqir olanda belə müəllimə susaraq baş verənlərə müdaxilə etməyib. Tam əksinə, baş verən hadisələrin mənim oğlumun uydurması olduğunu deyib. Oğlumda psixoloji problemlərin baş qaldırdığını deyərək məni buna məsuliyyətsiz yanaşmaqda günahlandırdı. Oğlumsa bunların tam əksini dedi”.
Qarşı tərəfi də dinləməyə hazırıq..