Altı nəfəri yaralayan şəxs: `Əcəb eləmişəm` - Təfərrüat

22-12-2015, 15:07           

Lökbatan qəsəbəsində baş verən silahlı insident nəticəsində yaralanan şəxslərin hazırda vəziyyəti stabildir.

AzVision.az-ın 1 saylı Şəhər Kliniki Xəstəxanasında olan əməkdaşının verdiyi xəbərə görə, insident zamanı yaralanan şəxslərdən üçü artıq evə buraxılıb. Yaralılardan biri travmatalogiya, 2 nəfər isə cərahiyyə şöbəsinə yerləşdirilib.

Yaralı şəxslər polis nəzarətindədir.

Yaxınlarının bildirdiyinə görə, insident zamanı yaralanan şəxslər Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyirmişlər.

Hadisənin təfərrüatlarına gəlincə, yaralanan Ədalət Həsənov Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında 7 yaşlı oğlu Orxan üçün ad günü şənliyi keçirirmiş. Daş karxanasında işləyən dostlarını da övladının ad gününə dəvət edibmiş.

Mərasim zamanı restoranda Ədalət Həsənovun dostları ilə digər masada əyləşən müştərilər arasında mübahisə yaranıb. İçkili halda olan Bakı şəhər sakini Məhərrəm Əliyev və dostu Samir adlı şəxs Ədalət Həsənovun qonaqlarından sakit olmağı tələb edib və onları hədələyiblər.

Mübahisə böyüdükdən sonra Məhərrəm Əliyev onlara odlu silahdan atəş açmağa başlayıb. Nəticədə 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

Hazırda hadisənin tördənlərdənlərin Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs olduğu müəyyən edilib. Eyni zamanda polislərin nəzarətində hadisəni törədən şəxslərdən biri 1 saylı Şəhər Kliniki Xəstəxanasın gətirilərək xəsarət alanlarla üzləşdirilib.

Yaralıların qohumları bildirib ki, silahdan atəş açan şəxs hansısa məmurun oğludur. Xəstəxana işçilərinin dediyinə görə, o, görüş zamanı: `Günahkar mənəm, yaxşı eləmişəm`-deyə cavab verib.
`Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm`,- deyə yaralıların qohumları bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru