ABŞ-da bir həftədə ana və üç uşağı koronavirusdan ölüb

21-03-2020, 06:30           
ABŞ-da bir həftədə ana və üç uşağı koronavirusdan ölüb
ABŞ-ın Nyu-Cersi ştatında 73 yaşlı Qreys Fasko və üç uşağı bir həftə içində koronavirusun qurbanı olub.

APA “The Mirror” nəşrinə istinadən xəbər verir ki, qadının 11 övladı və 27 nəvəsi var.

Bildirilir ki, əvvəlcə 55 yaşında oğlu və qızı dünyasını dəyişib, sonra isə Qreys özü ölüb. Qadının vəziyyəti ağır olduğundan uşaqların ölümündən xəbəri olmayıb. Daha sonra onun üçüncü övladı da koronavirusdan vəfat edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.