KXDR bu il üçüncü raketini buraxdı - Kim Çen In təlimi izlədi

21-03-2020, 10:31           
KXDR bu il üçüncü raketini buraxdı - Kim Çen In təlimi izlədi
Şimali Koreya koronavirusa baxmayaraq bu il üçüncü dəfə Yapon dənizinə doğru naməlum bir raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən yayıb.

Reuters agentliyinin verdiyi məlumata görə, raketlər səhər tezdən Şimali Phenqan əyalətinin Sonchong bölgəsindəki Koreya yarımadasının şərq sahilindən dənizə atılıb.

“Şimali Koreyanın hərbi əməliyyatı “COVID-19″un bütün dünyada çətinliklər yaratdığı bir zamanda çox yersizdir”. Seul belə deyib və Pxenyanı raket sınaqlarını dərhal dayandırmağa çağırıb.

Kyodo agentliyinin verdiyi məlumata görə, Yaponiyanın Müdafiə naziri Taro Kono Şimali Koreyanın ən azı iki qısa mənzilli ballistik raket atdığını söyləyib.

Raketlər 300-400 km arasında uçublar və ölkənin Yapon dənizindəki müstəsna iqtisadi zonasına çata bilməyiblər.

KXDR martın 2 və 9-da oxşar atışlar keçirib. Ötən il KXDR 13 dəfə raket atıb.

Bir gün əvvəl KXDR lideri Kim Çen In raket təlimləri haqda göstəriş verib və şəxsən təlimləri izləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.