Kanadada koronavirusa yoluxanların sayı 1959 nəfərə çatıb

25-03-2020, 08:10           
Kanadada koronavirusa yoluxanların sayı 1959 nəfərə çatıb
Kanadada sutka ərzində yeni koronavirusa yoluxanların sayı kəskin şəkildə 1646 nəfərdən 1959 nəfərə yüksəlib, digər 833 nəfər isə xəstələnməkdə şübhəli bilinir.

Trend-in məlumatına görə, bu barədə Kanada Səhiyyə Nazirliyi bildirib.

Kanadanın 13 bölgəsindən 12-də yoluxma halları aşkarlanıb. Ən çox yolumxa halları Britaniya Kolumbiyası və Ontarioda qeydə alınıb. Orada yoluxmuş insanların sayı müvafiq olaraq 617 və 588 nəfər təşkil edir.

Bundan əlavə, Kanadanın üç əyalətinin 792 sakinə koronavirusa yoluxma ilkin diaqnozu qoyulub. Bu məlumatlar Kanadanın milli laboratoriyası tərəfindən təsdiqlənərsə, ölkədə bu halların sayı 2,7 min nəfəri keçəcəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru