Koronavirusdan sonra başqa bir xəstəlik yayılmağa başladı, 176 nəfər öldü

27-03-2020, 16:59           
Koronavirusdan sonra başqa bir xəstəlik yayılmağa başladı, 176 nəfər öldü
Nigeriyada yayılan xəstəlik səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com "haberler.com"a istinadla xəbər verir ki, Nigeriyada insanların hərarətinin qəfil yüksəlməsinə və ölümə səbəb olan "Lassa" adlı xəstəlik yayılmağa davam edir. Heyvanlardan insanlara keçən həmin xəstəlik səbəbilə Nigeriyada 176 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, Nigeriyada hazırda 936 nəfər "Lassa" xəstəliyinə yoluxub. Qeyd edək ki, həmin xəstəlik ilk dəfə 1969-cu ildə ortaya çıxıb və hazırda Nigeriyanın 29 əyalətində yayılmış vəziyyətdədir. Tibb işçiləri insanlara təmizliyə riayət etmələrini və siçan və bənzəri heyvanlardan uzaq durmalarını tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru