Gənc müğənni vergi borcuna görə intihar edib? - Açıqlama

25-12-2015, 22:39           
Gənc müğənni vergi borcuna görə intihar edib? - Açıqlama
Xəbər verdiyimiz kimi, Azərbaycanlı gənc müğənni Elvin Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Gənc müğənninin intihar səbəbləri ilə bağlı çox saylı iddialar irəli sürülür. Hətta mərhumun yaxınları onun vergi və banka borcunun olduğunu bildirirlər.

AzVision.az məsələ ilə əlaqədar olaraq Vergilər Nazirliyi ilə əlaqə saxlayıb, bu iddialara cavab tapmağa çalışıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov saytımıza açıqlamasında intihar edən müğənninin vergi borcunun olmadığını bildirib.

“Nazirliyin internet səhifəsində vergi borcu olan müğənnilərin siyahısı var. Elvin Quliyevin adı həmin siyahıda yoxdur. Onun vergi borcu da yoxdur. Çox güman ki, onun banka borcu olub. Amma biz bu məsələni araşdıracağıq”.

Tanınmış müğənni Elza Seyidcahan tələbəsinin intihar etməsinin müəmmalı olduğunu deyib.

“O, evin tək oğlu idi. Bir anası var. Anası onu 17 yaşında evləndirmişdi. Elvin iki qız atasıdır. Bildiyimə görə, onun ciddi problemləri olmayıb. Biz hələ də şokdayıq. Onun niyə belə addım atmasının səbəbini ailəsi də bilmir. Hər halda dövlət qurumları bunu araşdıracaq”.

Qeyd edək ki, E. Quliyev müğənnilik fəaliyyəti ilə məşğul olub. O, Elvin Ordubadlı kimi tanınır. Hadisə Bakının Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru