TƏBİB koronavirusla bağlı məlumat yaydı

13-05-2020, 21:36           
TƏBİB koronavirusla bağlı məlumat yaydı
TƏBİB koronavirusla bağlı məlumat yaydı

Bu gün Azərbaycanda koronavirusla bağlı 6264 test həyata keçirilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb. Ümumilikdə ölkədə koronavirusla bağlı test edilənlərin sayı 208546 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib.

Ümumilikdə ölkədə virusa yoluxma sayı 2758, ölüm sayı 35, sağalan xəstə sayı isə 1789-dur. Hazırda 934 aktiv virus xəstələrdən 27-si reanimasiyadadır, 10-u isə süni tənəffüs cihazına qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru