Həbsxanalarda koronavirusa yoluxanların sayı 46-ya çatıb –Ramin Bayramlı

15-05-2020, 21:06           
Həbsxanalarda koronavirusa yoluxanların sayı 46-ya çatıb –Ramin Bayramlı
“Hazırda həbsxanalarda koronavirusa yoluxma hallarının sayı 13 fakt artaraq 46-ya çatıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Həbsxanalarda əvvəl 33, daha sonra 13 nəfərin koronavirus testi pozitiv çıxıb. Ümumilikdə, 46 yoluxma faktı aşkarlanıb. Məhbuslar arasında müxtəlif xəstəliklərlə bağlı müvafiq tibb müəssisələrinə müraciət edənlər olub. Epidemioloji olaraq aşkar edilib ki, tibb müəssisələrinə gələnlərdə koronavirus var. Dərhal adekvat tədbirlər görülüb”, – deyə o qeyd edib. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru