DSX sərhəddə əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı - HƏBS/FOTO

15-05-2020, 22:21           
DSX sərhəddə əməliyyat keçirdi -
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Xidmətindən Teref.az-a verilən məlumata görə, mayın 14-də saat 23:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edilib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Füzuli rayonunun Bala Bəhmənli kənd sakini İsmayılov Namiq Tehran oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 22 kiloqram 915 qram narkotikə oxşar vasitə (3 kq 500 qr “marixuana”ya, 15 kq 700 qr “heroin”ə, 3 kq 700 “metamfetamin”ə, 15 qr “tiryək”ə, 450 ədəd “Metadon-40” həbinə, 10 ədəd “Opedul” həbinə və 20 ədəd “tramadol” həbinə oxşar vasitə və həblər) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.