Bakıda yolda qazılan çuxur bir neçə avtomobili yararsız hala salıb - FOTO - VİDEO

16-05-2020, 03:18           
Bakıda yolda qazılan çuxur bir neçə avtomobili yararsız hala salıb - FOTO - VİDEO
Bakıda yolda qazılan çuxurun qarşısında müvafiq nişanın olmaması bir neçə avtomobilə zərər vurub

APA xəbər verir ki, hadisə “Şamaxinka” kimi tanınan ərazidə baş verib.

Vüsal Məmmədyarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil yolun ortasındakı çuxura düşüb.

Sürücü APA-ya bildirib ki, nəticədə onun avtomobili yararsız hala düşüb. O, hadisə zamanı çuxurun qarşısında müvafiq nişanın olmadığını deyib.

Hadisə şahidləri bundan əlavə üç avtomobilin həmin çuxura düşdüyünü bildirib.

Sürücülərin şikayətindən sonra qazılmış çuxurun ətrafına “Azərsu” ASC-nin əməkdaşları tərəfindən çınqıl tökülüb. Sonra sözügedən yerin qarşısına xəbərdaredici nişan qoyulub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru