Kəbə də qapılarını açır – Son hazırlıqlar

16-05-2020, 12:53           
Kəbə də qapılarını açır –
Səudiyyə Ərəbistanında koronavirus pandemiyasından sonra Məscidi Haram və Məscidi Nəbəvinin açılması üçün son hazırlıqlar görülür.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanında tətbiq edilmiş xüsusi karantin rejimi tədricən yumşaldılır.

Ölkənin Texniki və Xidmət İşləri Nazirliyinin yaydığı açıqlamada Kəbə və Həcəril Əsvəddə həyata keçirilən sterilizasiya və təmizlik işlərinin intensiv formada aparıldığı bildirilib.

Məlumatda qeyd edilib ki, Məscidi Haram və Məscidi Nəbəvinin girişinə ən müasir texnologiya ilə hazırlanan sterilizasiya qapıları qoyulub.

Xüsusi olaraq hazırlnan sterilizasiya qapıları məscidlərə gələnləri dezinfeksiya edir, 5 metr uzaqlıqdan temperturunu müəyyən edir. eyni vaxtda bir neçə nəfərin temperaturunu ölçür.

Qapılarda ağıllı izləmə kameraları da yerəşdirilib. Məscidlərə gələnlər bu qapılardan keçir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.