Ermənistan yaralı hərbçilərinin olduğunu etiraf etdi - RƏSMİ
13-07-2020, 11:13
Ermənistan yaralı hərbçilərinin olduğunu etiraf etdi Ermənistan Müdafiə nazirliyi təmas xəttində yaralıların olduğunu etiraf edib. Modern.az saytı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi cəbhənin Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin yaralandığını bəyan edib.
Hazırda onların xəstəxanaya yerləşdirlidiyi bildirilir.
Amma qeyri-rəsmi məlumatlarda, ermənilərə məxsus sosial şəbəkələrdə düşmən ordusunun itkilərinin qat-qat çox olduğu bildirilir.