14 yaşlı qız valideynlərini öldürən terrorçuları GÜLLƏLƏDİ

22-07-2020, 00:01           
14 yaşlı qız valideynlərini öldürən terrorçuları GÜLLƏLƏDİ
Əfqanıstanda 14 yaşlı qız gözü önündə valideynlərini öldürən "Taliban" terrorçularını güllələyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "France Press" agentliyi yazır.
Belə ki, "taliban"çılar hökumətlə əlaqədə olduğu üçün Qor əyalətindəki kənddə yaşayan şəxsin evinə soxularaq, zorla həyətə çıxarıb güllələyiblər. Onun xanımı da yoldaşını müdafiə etmək istəyərkən güllələnib.
Öldürülənlərin 14 yaşlı qızı Kəmər Gül atasının gizlətdiyi AK-47 avtomatını götürərək ilk öncə valideynlərini öldürənləri məhv edib, daha sonra digərlərinə atəş açaraq bir neçə nəfəri yaralayıb.
Hadisə yerinə gələn Əfqanıstan hərbçiləri qızı və kiçik qardaşını təhlükəsiz yerə köçürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru