Ermənilər azərbaycanlılara atəş açdı - VİDEO

25-07-2020, 11:52           
Ermənilər azərbaycanlılara atəş açdı - VİDEO
Ermənilər azərbaycanlılara atəş açdı
Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumlarını əks etdirən daha bir video yayılıb.

Axar.az xəbər verir ki, Moskvanın məhəllələrindən birində çəkildiyi bildirilən görüntünü “Vajnıy Potok” Yutub səhifəsi tirajlayıb.

Məlumata görə, ermənilər azərbaycanlılara pnevmatik tapançadan atəş açıblar. Azərbaycanlılar qaçaraq xilas olmağa çalışıblar.

Soydaşlarımız arasında yaralananların olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumları son iki gündə pik həddə çatıb. Az öncə ermənilərin azərbaycanlıların kafesini dağıtdığı və bazarda qarpız satan azərbaycanlıya hücum edərək, ona ciddi xəsarət yetirdiyini əks etdirən video yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru