Xırdalanda qətllə nəticələnən kütləvi davada yaralı sayı 3-ə çatıb - VİDEO

26-07-2020, 09:13           
Xırdalanda qətllə nəticələnən kütləvi davada yaralı sayı 3-ə çatıb - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş qanlı insidentin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, şəhərin Mirzə İbrahimov küçəsində bir neçə şəxs arasında qeydə alınmış kütləvi dava zamanı daha bir nəfərin xəsarət aldığı dəqiqləşib. Belə ki, hadisə zamanı qətlə yetirilən Məmməd Məmmədovun qardaşı Xəlil Məmmədov da xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.

Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru