ABŞ-ın Texas ştatında "Hanna" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub

26-07-2020, 09:24           
ABŞ-ın Texas ştatında "Hanna" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub
ABŞ-ın Texas ştatının bir sıra bölgələrində “Hanna” qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbottun saytında dərc olunan açıqlamada deyilir.

Məlumata görə, Texasın cənubundakı sahil bölgələrində qasırğa, leysan yağışlar və daşqınlar gözlənilir. Yerli əhalinin həyatı üçün təhlükənin olduğu bildirilir.

Fövqəladə vəziyyət rejimi ştatın əksəriyyəti sahilyanı olan 254 dairədən 32-də tətbiq olunub. Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə fondlar əldə etmək və fəlakətdən sonra daha çox mənbələrdən istifadə etmək imkanı verir. Bu, xüsusilə ABŞ Milli Qvardiyasının xilasetmə və bərpa işlərinə cəlb edilməsini mümkün edir.

Bölgədəki enerji təchizatı üçün cavabdeh olan “American Electric Power” çirkətinin saytının verdiyi məlumata görə, hazırda təxminən 60 000 istehlakçı elektriksiz qalıb. Vəziyyət Texas ştatının yeni növ koronavirus infeksiyasının sürətlə yayıldığı ştatlar sırasında olması ilə daha da çətinləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.