ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var

26-07-2020, 17:38           
ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var
ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, hadisə Yuta ştatının Uest-Cordan şəhərində baş verib.

Polis nümayəndəsi Cennifer Uorten bildirib ki, “Piper 32” təyyarəsi yaşayış evinə düşüb. Hadisə zamanı təyyarədə 6 nəfər olub. Onlardan bir neçəsi xəsarət alıb. Hadisə zamanı habelə ölənlərin də olduğu güman edilir.

Polis nümayəndəsinin sözlərinə görə, bu zaman evdə 1 nəfər olub. Qəza zamanı yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 3 evə ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru