Milli Qəhrəmanı Ramiz Qənbərovun anası vəfat edib

27-07-2020, 10:51           
Milli Qəhrəmanı Ramiz Qənbərovun anası vəfat edib
Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun anası dünyasını dəyişib
Qaziler.az bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü Ramiz Qənbərovun anası Səkinə Qənbərova bu gün səhər saatlarında vəfat edib. Yaxınlarının saytımıza verdiyi məlumata görə, mərhumə bu gün Bakıda dəfn ediləcək.

“Qarabağ Qaziləri“ İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu və Qaziler.az saytının kollektivi bu münasibətlə Milli Qəhrəmanın ailəsinə dərin hüznlə başsağlığı verir, allahdan səbr diləyir.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru