“Moskva xaos içərisində batıbsa, onda söyləmək olar ki, Bağramyan 26 heç vaxt bundan çıxmayıb” – KOLEROV

28-07-2020, 16:17           
“Moskva xaos içərisində batıbsa, onda söyləmək olar ki, Bağramyan 26 heç vaxt bundan çıxmayıb” – KOLEROV
“Rusiyada ermənilərin hərəkətlərində təşkilatçılıq yox idi, lakin ola bilərdi”. Ordu.az xəbər verir ki, bunu “Regnum” xəbər agentliyinin baş redaktoru, Rusiyanın birinci dərəcəli dövlət müşaviri, analitik Modest Kolerov Ermənistan-Azərbaycan sərhəd gərginliyindən sonra Rusiya ərazisində qeydə alılnmış erməni-azərbaycanlı millətlərarası hadisə və qarşıdurmalara toxunarkən deyib.

Kolerov qeyd edib ki, Rusiyada, xüsusən Moskvada bir neçə lokal və qısa millətlərarası konfliktlər olub və cəlb olunmuş iştirakçıların sayına görə bunu iğtişaş kimi qiymətləndirmək yanlışdır.

Onun sözlərinə görə, Rusiya polisinin fəaliyyətləri operativ idi.

“Moskva xaos içərisində batıbsa, onda söyləmək olar ki, Bağramyan 26 heç vaxt bundan çıxmayıb”, - deyə Kolerov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru