DƏHŞƏTLİ MƏNZƏRƏ: Evdəki laboratoriyadan insan orqanları tapıldı

30-07-2020, 11:42           
DƏHŞƏTLİ MƏNZƏRƏ:
Suriyada insan orqanlarının saxlanıldığı ev laboratoriyası tapılıb.

Cebhe.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, laboratoriya İdlib əyalətində Əl-Qadfa kəndində tapılıb. Yaşayış evindəki laboratoriyada həkim primitiv şərtlərlə təbbi laboratoriya işlədib. Silahlıların məhz həmin laboratoriyada gizləndiyi də bildirilir.

Mənzildə axtarış zamanı kimyəvi məhlul içində saxlanılan insan orqanları tapılıb. Onların üzərində qadın və kişi adları yazılıb. Həmçinin şəxslərin səhhəti ilə bağlı qeydlər yazılan siyahı da olub.

SANA qeyd edib ki, həmin laboratoriyada saxlanılan insan orqanları daha sonra satılıb. Bu da silahlıların gəlir mənbələrindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru