Telegram Apple-a qarşı müharibəni başladır

30-07-2020, 00:01           
Telegram Apple-a qarşı müharibəni başladır
Telegram şirkəti Avropa Komissiyasına Antiinhisar reqlamenti pozduğuna görə Apple-a qarşı iddia qaldırıb.


TED.az xəbər verir ki, bunun səbəbi App Store-da fəaliyyət göstərən tətbiqlərdən götürülən 30%-lik xidmət haqqıdır.



Müvafiq sənəd Avropa Komissiyasının ədalətli rəqabət şöbəsinin rəhbəri Marqret Vestagerə təqdim olunub.



Sənəddə qeyd olunur ki, Apple yalnız App Store-dan deyil, həm də üçüncü tərəf platformalardan öz cihazlarına proqram yükləməsinə icazə verməlidir.


Qeyd edək ki, Telegram-ın iddiasından əvvəl, digər IT nəhəngləri, məsələn, Rakuten və Spotify oxşar bəyanatlarla çıxış ediblər. Şirkət App Store-da bütün tətbiqlərin satışından mənfəətin 30%-ni götürür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru