NASA-nın yeni robotu “Perseverance” bu gün Marsa gedir

31-07-2020, 08:48           
NASA-nın yeni robotu “Perseverance” bu gün Marsa gedir
NASA bu gün Marsa araşdırmalar aparmaq üçün “Perseverance” adlı robot göndərəcək.

“HaberGlobal” xəbər verir ki, o, keçmişdə “Qırmızı planet”də həyatın olub-olmadığını müəyyən etməyə çalışacaq.

“Perseverance” orada daha əvvəl su izlərinə rast gəlinən Jezero kraterinə gedəcək.

Robot burada qayaları qazacaq və təbaşir ölçüsündə nümunələr götürəcək. Onlar planetin səthində qalan qutulara yığılacaq. Sonradan göndəriləcək başqa bir robot nümunələri toplayaraq analiz üçün Yerə gətirəcək.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru