Sovestki sakini fəryad qoparır: "Evimi partlatdılar" - FOTO VIDEO

15-01-2016, 22:48           

Bakıda plana düşən evi sahibinin başına uçurublar. ''Sovetski'' ərazisində sökülən evindən çıxmaq istəməyən sakinin evində güclü partlayış olub, sahibi ağır xəsarət alıb.

Criminal.az-a daxil olan məlumata görə, Ayxan Buludun Mirzəğa Əliyev küçəsində yaşadığı ərazi plana düşüb. Evinin sahəsinə uyğun olaraq ödəniş edilmədiyindən ev sahibi buna etiraz edir. Yanvarın 13-də A.Bulud evinə daxil olan zaman partlayış baş verib. O, ağır yanıq xəsarətləri alıb.

Zərərçəkmiş başına gələnlərlə bağlı ölkə başçısı İlham Əliyevə video müraciət edib. Müraciətində də bildirir ki, evi qəsdən partladıblar. Evdə olmadığından istifadə edərək qazıntı aparıblar. Qaz borusu zədələndiyindən sızıntı olub. Qaz evə dolub və partlayış baş verib. Onun sözlərinə görə, artıq ikinci dəfədir evində partlayış olur.

A.Bulud deyir ki, hadisə yerinə dövlət qurumları gəlib. Partlayışı onun günahı ucbatından baş verdiyini desələr də, FHN-in rəyi onların planını alt-üst edib. Avadanlıqla yoxlanıb və məlum olub ki, mərkəzi küçədə qaz sızıntısı var və həmin qaz evə dolub.

Criminal.az
Sovestki sakini fəryad qoparır: "Evimi partlatdılar" - FOTO VIDEO




[media=https://www.youtube.com/watch?v=9vQ5n2eVSJI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru