Minskdə partlayış olub

17-08-2020, 00:20           
Minskdə partlayış olub
Minskdə "Belarus" univermağı yaxınlığında partlayış olub.

Cebhe.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, insident bu gün yerli vaxtla 17.00-da qeydə alınıb. Şahidlər bildiriblər ki, ərazidə iki kişi və bir qadın görüblər, onların partlayışla əlaqəsi ehtimal olunur.

Onlardan birinin şəxsiyyəti müəyyən edilib. Bu, 1968-ci il təvəllüdlü şəxsdir, o, polisə müqavimət göstərib. Yaxınlıqda daha bir qadın saxlanılıb və onun partlayıcı maddə istehsal edən şirkətlə əlaqəsi olduğu təxmin edilir. Onu yaxınlıqdakı gənclər saxlayıb polisə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru