Bakıda sabiq prokuror qarət olundu - Video

22-01-2016, 09:15           
Bakıda sabiq prokuror qarət olundu - Video
Paytaxtda sabiq prokurorun evinə maskalı basqın olub. Evə soxulanlar ev sahibi və onun həyat yoldaşının əl qolunu bağlayaraq evdən külli miqdarda pul və qızıl-ziynət əşyaları aparıblar. Zərərçəkənlərin köməyinə yaxınları gəlib.

ANS TV-nin məlumatına görə, hadisə Balaxanı qəsəbəsi, Hacı Soltan küçəsində yaşayan 74 yaşlı Vaqif Musayevin mənzilində baş verib.

Məlumata görə, ahıl yaşlı kişinin evinə soxulan maskalı şəxslər ev sahibi və onun həyat yoldaşı 68 yaşlı Nəcibə Musayevanın əl və ayaqlarını bağlayıblar.

Daha sonra isə onların ağızlarına yapışkan lent çəkiblər. Qarətçilər evdən 650 manat, 300 ABŞ dollar və 5 min manat dəyərində zinət əşyalarını götürdükləri deyilir.

İstədiklərini əldə edən maskalılar daha sonra ərazidən yayınıblar.

Zərərçəkənlərin qonşuları və qohumlarından aldığımız məlumata görə, ev sahibi Vaqif Musayev təqauddə olan prokurorluq əməkdaşıdır.

Bundan əlavə bu hadisə onların başına gələn ilk belə hal deyil. Vaqif Musayevin vəfat edən qardaşının qiymətli metaldan olan büstü ötən il oğurlanıb.

“Yanılmıramsa, ötən ilin oktyabrında Vaqif Musayevin vəfat edən qardaşının qəbrini ziyarətə gedəndə gördük ki, bürücdən olan büstü yoxdur. Bununla yanaşı bir müddət əvvəl oğlunun market qarət olunub. O, bir çox rayonlarda yüksək vəzifələrdə işləyib”, - deyə zərərçəkənin qohumu Nüsrət Musayev bildirib.

Zərərçəkənlərin köməyinə isə yaxınları çatib. Daha sonra isə yerli polis orqanı da məlumatlandırılıb.

Əraziyə gələn Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları müfaviq istintaq əməliyyatları ekspertizaları həyata keçirilib.

Hazırda iş üzrə başlanılan cinayət işinin istintaqı aparılır. Qarəti törətməkdə şübhəli şəxs qismində isə heç kim saxlanılmayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.