Tərtərdə daha bir erməni vəhşiliyi - Tibb bacısı öldürüldü

30-09-2020, 00:33           
Tərtərdə daha bir erməni vəhşiliyi - Tibb bacısı öldürüldü
Sentyabrın 29-da düşmənin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsi 13 ünvanına düşüb.

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, həmin vaxt 1965-ci il təvəllüdlü Ayna Mehdiyeva həyətdə olub.

Mərmi qəlpələri Ayna Mehdiyevanın baş nahiyəsinə dəyib və o, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Düşmən günlərdir ki, Tərtər şəhəri və ətraf kəndləri atəş altında saxlayır. Dinc sakinlərin evlərinin ağır silahlardan atəşə tutulması nəticəsində son 2 gündə Tərtər şəhəri və ətraf kəndlərdə 5 vətəndaşımız dünyasını dəyişib, 10 nəfər yaralanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru