İcra başçının 180-lə gedən maşını barədə açıqlama: "Sürüb sürüb də..."
23-01-2016, 14:58
Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov şəhərin icra başçısı Niyazi Bayramovla bağlı sosial şəbəkələrdə və mətbuatda yayılmış videodan danışıb.
teref.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısının birinci müavini danışıb. Məlumata görə, iİcra başçısının 001 seriyalı xidməti avtomobilini həmin vaxt sürücüsü idarə edib:
"Ola bilər sürətlə gedibsə, radara düşüb. Amma mən bilirəm ki, bizim icra başçısının sürücüsü maşını elə də çox sürətlə sürən deyil. İndi aydınlaşdırarıq. Sürücüdən savayı həmin avtomobili heç kim idarə etmir. Şəhər daxilində icra başçısının maşında olmamağı mümkündür. Ancaq şəhərdən kənardırsa, icra başçısı maşında olmaya bilməz. Dəqiq bilmərəm ki, olub, ya yox. Aydınlaşdırmaq lazımdır".
İlham İsmayılov qeyd edib ki, bu kimi məsələlərin ictimailəşdirilməsi doğru deyil:
"İcra başçısının xidməti maşınıdırsa, bunun araşdırılmasına nə ehtiyac var? Xidməti maşın saatda 200-lə də radara düşə bilər. Bunu ictimailəşdirməyə nə ehtiyac var? Cəriməsi gələcək də. Burada qeyri-adi nə var ki? Vallah, mənə elə gəlir ki, elə şeylərə reaksiya vermək, sayta yerləşdirmək qətiyyən düzgün deyil. Sürüb sürüb də. Radara düşübsə, cəriməsi gələcək".