Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir
8-10-2020, 08:51
Teref.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür.