Düşmən bir daha qadağan olunmuş raket atdı - Goranboyda zərərsizləşdirildi

10-10-2020, 00:00           
Düşmən bir daha qadağan olunmuş raket atdı - Goranboyda zərərsizləşdirildi
Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy ərazisinə atılan raketin bombleti zərərsizləşdirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhəboyu ərazilərdə öz fəaliyyətini davam etdirir.

Bu gün Goranboy rayon ərazisində boş sahəyə düşən "Smerç" adlanan kaset başlıqlı raketin "9N235" model bombleti ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, bu bombletlər qəlpəlidir və içərisində yüngül zirehli maşınları, texnikaları sıradan çıxarmaq üçün 96, canlı qüvvəni məhv etmək üçün isə 360 ədəd qəlpə olur. Bu bu bombletləri daşıyan raketlərdən istifadə edilməsi isə qadağan olunub. Lakin buna baxmayaraq, ermənilər yenə də Azərbaycanın mülki şəxslərinə qarşı həmin raketlərdən istifadə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru