“Sputnik Azərbaycan” yayılan xəbərlərə aydınlıq gətirdi

13-10-2020, 01:23           
“Sputnik Azərbaycan” yayılan xəbərlərə aydınlıq gətirdi
“Hayastan” Ümumerməni Fonduna köçürülən 100 milyon dollarlıq yardım siyahısında “Sputnik Azərbaycan”ın da adının olması sosial şəbəkələrin azərbaycanlı seqmentində ciddi etiraza səbəb olub. Vətəndaşlar bildirirlər ki, Ermənistan bu pulla müxtəlif silahlar alaraq, Azərbaycanın mülki obyektlərini hədəfə alır.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən “Sputnik-Azərbaycan” Multimedia Mətbuat Mərkəzinin rəhbəri İlqar Vəlizadə bildirib ki, sosial şəbəkələrdə “Hayastan” Ümumerməni Fonduna köçürülən 100 milyon dollarlıq yardım siyahısı, əslində, informasiya agentliklərinin reytinq siyahısıdır:

“Bu, yalan məlumatdır. Bilirsiniz ki, indi müharibə şəraitidir. Yeganə mənbə rəsmi mənbə olmalıdır. Bununla bağlı rəsmi məlumatlar əldə edilməli, araşdırmalar aparılmalıdır. Dəfələrlə həm Müdafiə Nazirliyi, həm də Prezident Administrasiyası tərəfindən müraciətlər olunub ki, bu və bu kimi dezinformasiyalara vətəndaşlar etibar etməsin. Yalnız yoxlanılan informasiyalara inanmaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru