Azərbaycanda iki şəhərə, 5 kəndə giriş-çıxış qadağan olundu –Hökumətdən qərar

13-10-2020, 20:14           
Azərbaycanda iki şəhərə, 5 kəndə giriş-çıxış qadağan olundu –Hökumətdən qərar
Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Teref.az xəbər verir ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.