Meksika sakini yüzlərlə heyvanı evə buraxaraq onları qasırğadan xilas edib

14-10-2020, 07:09           
Meksika sakini yüzlərlə heyvanı evə buraxaraq onları qasırğadan xilas edib
Meksika sakini Rikardo Pimentel evində heyvanlar üçün sığınacaq təşkil edib və təxminən 300 heyvanı yaxınlaşmaqda olan "Delta" qasırğasından xilas etdi.

"Report" xəbər verir ki, bu barədə yerli "BoredPanda" yazıb.

Qeyd edilir ki, o, bir-iki il əvvəl heyvanlar üçün "Tierra de Animales" sığınacağı yaradıb. Sığınacaqda yalnız itlər, pişiklər yox, həm də atlar, qoyunlar, donuzlar, quşlar və hətta iquanalar yerləşdiriliblər.

Lakin sığınacaq güclü qasırğaya hazır deyildi. Pimentel özünü itirməyib və heyvanları elə evində yerləşdirib. Kişi iddia edir ki, bu ona narahatlıq yaşatmayıb. Axı bütün heyvanlar peyvənd və steril ediliblər və özlərini çox sakit aparıblar.

Sığınacağın yaradıcısı evindəki heyvanları videoya çəkib. Kadrlarda görünür ki, evin hər yeri heyvanlar tərəfindən tutulub.

İstifadəçilər meksikalının hərəkətinə təəccübləniblər və ona heyvanları xilas etdiyinə görə təşəkkür ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.