Baydenlə bir təyyarədə COVID-19 xəstəsinin uçduğu məlum olub

16-10-2020, 09:16           
Baydenlə bir təyyarədə COVID-19 xəstəsinin uçduğu məlum olub
ABŞ prezidentliyinə namizəd Co Baydenlə eyni təyyarədə olan bir hava nəqliyyatı işçisinin koronavirus testi müsbət çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baydenin mətbuat xidməti məlumat verib.

Siyasətçinin sağlamlığının təhlükə altında olmadığı və karantinə alınmayacağı bildirilib: "Bayden ilə xəstə adam arasındakı məsafə 15 metrdən artıq olub və göyərtədəki bütün insanlar tibbi maskalar taxıblar", -deyə bildirilir.

Bayden öz Twitter səhifəsində koronavirus testindən keçdiyini və onda xəstəlik aşkarlanmadığını yazıb. Siyasətçi əlavə edib ki, ətrafındakı işçiləri də koronovirusa yoluxmuş adamla əlaqə saxlamayıblar.

Qeyd olunur ki, ABŞ-da noyabrın 3-də keçiriləcək prezident seçkilərində demokratların namizədi olanBayden seçki kampaniyasına davam edəcək. Baydenin əsas rəqibi isə bu yaxınlarda koronavira yoluxaraq müalicə alan ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Trampdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru