ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb

21-10-2020, 01:24           
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18E Super Hornet” qırıcısı çərşənbə axşamı Kaliforniya ştatı ərazisində qəzaya uğrayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin

“Limur” hərbi bazası rəsmi “facebook” səhifəsində məlumat yerləşdirib.

Bildirilib ki, qəza zamanı pilotun vaxtında hadisəyə reaksiya verməsi nəticəsində xilas ola bilib. Onun müayinə üçün tibb müəssisəsinə göndərildiyi vurğulanıb.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.