İsrailə məxsus Dəmir Qübbə Qəzzadan buraxılan raketi məhv etdi 21-10-2020, 09:49 İsrailin Dəmir Qübbə havadan müdafiə sistemi Qəzza zolağından buraxılan daha bir raketi zərərsizləşdirib.Qazet.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.Qeyd edək ki, bundan öncə İsrailin cənubunda mümkün raket hücumu ilə əlaqədar həyəcan siqnalı işə düşmüşdü. Facebook-da paylaş