2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...

21-10-2020, 21:57           
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
Nigeriyada polis daxilində yaradılan Xüsusi Oğurluqla Mübarizə Qrupuna qarşı davam edən etirazlar zamanı silahlı şəxslər iki həbsxanaya basqın edib.

Moderator.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamada böyük bir silahlı qrup Laqos şəhərindəki iki həbsxanaya hücum edib. Baş verən hadisə zamanı həbsxanadan 2 minə yaxın məhbus qaçıb.

Nigeriyanın Daxili İşlər Nazirliyinin sözçüsü Məhəmməd Manqo silahlı şəxslərin həbsxananın təhlükəsizlik işçilərini saxlayaraq məhbusların qaçmasına şərait yaratdıqlarını söyləyib.

Qeyd edək ki, etirazların şiddətə çevrildiyi üçün ölkədə 24 saatlıq komendant saatı elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru