Gürcüstanda banka basqın edən şəxsin tələbləri yerinə yetirildi: O, polis maşını ilə qaçdı - VİDEO

22-10-2020, 04:58           
Gürcüstanda banka basqın edən şəxsin tələbləri yerinə yetirildi:
Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia”nın binasını ələ keçirərək təxminən 20 nəfəri girov götürən silahlı cinayətkar binanı polis avtomobilində tərk edib.

Teref.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Bildirilib ki, girovlardan biri İrakli Kvaratsxeliya “Facebook” səhifəsində vəziyyət barədə danışıb. Onun sözlərinə görə, kişi üç nəfər istisna olmaqla girovların çoxunu sərbəst buraxıb. Binadan çıxarkən əlində əl bombası tutaraq özünü girovların arxasında gizlədib. Girovların hamısı kişilər olub və onlar əlləri bağlı saxlanılıb.

Bundan əlavə, nəşr polis məmurlarından birinin danışıqlar zamanı bir çanta pul gətirərək cinayətkarlara könüllü təslim olduğunu qeyd edib. Yerli KİV-lərin verdiyi məlumata görə, hadisə yerindən canlı yayım edən jurnalistlər onun polisi rəisi olduğunu bildiriblər.

Hələlik şəhəri tərk edən cinayətkarın bir neçə girovla bərabər harda olduğu ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat vermir. Ehtimal olunur ki, onlar Gürcüstan tərəfinin nəzarət etmədiyi əraziyə birtəhər keçmək ümidi ilə Abxaziyaya tərəf yönəlib.

Qeyd edək ki, daha əvvəl yerli mətbuat cinayətkarın saxlanması ilə bağlı məlumat yaymışdı.oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.