Koronavirus pandemiyası Milli Məclis üzvləri arasında kütləvi yayılıb.
Bu barədə Gununsesi.info-ya parlamentdəki mənbələr bildirib. Məlumata görə, deputatlardan Nizami Səfərov, Elnur Allahverdiyev də “covid-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, deputatlardan Tahir Kərimli, Azər Badamov, Vüqar Bayramov və Soltan Məmmədov da virusla mübarizə aparır. Mənbəmiz pandemiyaya yoluxan deputatların sayının artacağını deyib.