“Meyiti yandırılan” kişi evə qayıtdı

30-11-2020, 07:45           
“Meyiti yandırılan” kişi evə qayıtdı
Hindistanda kişi “meyiti yandırıldıqdan” sonra evinə qayıdıb.

Bu barədə NDTV xəbər verir.

Belə ki, noyabr ayının əvvəlində 75 yaşlı hindistanlıda koronavirus aşkar edilib. O, xəstəxanaya yerləşdirilib və iki gün sonra qohumlarına onun ölüm barədə xəbər verilib. Cəsəd koronavirusun yayılmasının qarşısını almaq üçün qaydalara uyğun olaraq saxlanılıb və kişinin üzü yaxınlarına açıq şəkildə göstərilməyib.

Yaxınlarının dediklərinə görə, onlar cəsədi kremasiya (yandırmaq) etdikləri zaman xəstəxanadan zəng gəlib və kişinin sağaldığını, xəstəxanadan götürülməsinin lazım olduğunu xəbər veriblər.

Onun oğlu deyib ki, “Şok və təəccüb içindəyik. Onu evə gətirdik. Kimin yandırıldığını bilmirik”.

Məlum olub ki, kişi koronavirusdan ölən başqa bir xəstə ilə səhv düşüb.

Şimali Bengal Dövlət Səhiyyə Departamenti hadisəni araşdırmaq üçün komitə yaradıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru