Almaniyada maşın piyadaların üstünə sürüldü: 2 ölü, 15 yaralı

2-12-2020, 00:01           
Almaniyada maşın piyadaların üstünə sürüldü: 2 ölü, 15 yaralı
Almaniyanın Trir şəhərində avtomobili piyadaların üstünə sürən sürücü bunu qəsdən edib.

Teref.az xəbər verir ki, bu sözləri şəhərin ober-burqomistri Volfram Laybe bildirib.

Polis orqanlarının məlumatına əsasən, hadisəni 51 yaşlı Almaniya vətəndaşı törədib. O, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib. Hadisənin motivləri məlum deyil. Sürücü avtomobili piyada zonasında bir kilometrə yaxın sürüb və qabağına çıxan insanları necə gəldi vurub.

Qeyd edək ki, Trir şəhərində avtomobilin piyadalar üçün nəzərdə tutulan zonaya girməsi nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru