İngiltərədə güclü partlayış - Ölənlər var

4-12-2020, 06:31           
İngiltərədə güclü partlayış -
İngiltərənin cənub-qərbində yerləşən Bristol limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə yerli polisin baş müfəttişi Mark Runakres məlumat verib.

Partlayış liman ərazisindəki “Wessex Water” zavodunun kanalizasiya təmizləyici qurğusunda olub.

Hadisənin qəti şəkildə terrorla əlaqəli olmadığını vurğulanıb. Müəssisə işçilərindən birinin aldığı xəsarətlərin onun həyatını təhdid etmədiyini də əlavə etdi.

Partlayışdan sonra yaranan yanğın xilasetmə xidməti tərəfindən söndürülüb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson həlak olanların yaxınlarına başsağlığı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru