Onlarla oğru şəhər bankını talan edib, pulları küçələrə səpdi - VİDEO

5-12-2020, 08:21           
Onlarla oğru şəhər bankını talan edib, pulları küçələrə səpdi - VİDEO
Braziliyanın Santa-Katarina ştatının Krisiuma şəhərində onlarla oğru banka hücum edib.

Bununla bağlı “The Guardian” məlumat yayıb.

Bildirilib ki, 30-dan çox oğru talan etdikləri pulları şəhər küçələrinə səpib və lüks avtomobillərlə qaçmağa müvəffəq olublar.

Məlumatlara görə, onlar götürdükləri altı girovu şəhər kənarında sərbəst buraxıblar. Polislər iki saat onları təqib etsə də, tuta bilməyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə oğrular arasında baş verən atışma zamanı ikisi polis olmaqla 4 nəfər xəsarət alıb.

Yerli sakinlər isə küçəyə atılan pulları yığmağa çalışıblar. Sakinlərdən dördü bu səbəbdən həbs edilib.oxu.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru