ABŞ-da neft anbarında partlayış olub:xəsarət alanlar var

6-12-2020, 11:31           
ABŞ-da neft anbarında partlayış olub:xəsarət alanlar var
ABŞ-ın Texas ştatında, Korpus-Kristidə “Magellan Midstream Partners” şirkətinin zavodu ərazisində xam neftin saxlanılması rezervuarının partlayışı zamanı azı yeddi nəfər müxtəlif xəsarətlər alıb.

Bu barədə yanğınsöndürmən xidmətinə istinadən “Associated Press” agentliyi bildirib.

Agentliyin məlumatına görə, dörd yaralının vəziyyəti kritik qiymətləndirilir. Yanğın tamamilə söndürülüb.

Yanğınsöndürmə xidmətinin rəis müavini qeyd edib ki, hadisə nəticəsində ciddi maddi ziyan və havanın çirklənməsi aşkarlanmayıb.

Şirkətin nümayəndəsi Mark Kelxunun sözlərinə görə, şənbə günü səhər xam neftin saxlanıldığı, işçilərin təmizlədiyi və yoxladığı rezervuarın yanında alovlanma baş verib. “Hadisənin səbəbinə gəlincə, biz hələ bilmirik ki, nə baş verib və yanğına səbəb nə olub”, – Kelxun deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru