Üzərində ''Kalaşnikov'' gəzdirən keçmiş məhkum saxlanıldı - FOTO

12-01-2021, 10:41           
Üzərində ''Kalaşnikov'' gəzdirən keçmiş məhkum saxlanıldı - FOTO
Hazırda oxunan: Üzərində ''Kalaşnikov'' gəzdirən keçmiş məhkum saxlanıldı - FOTO
Nəsimi rayonunda üzərində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru