4 azərbaycanlı İrəvanda alış-veriş etdi?...

15-01-2021, 10:20           
4 azərbaycanlı İrəvanda alış-veriş etdi?...
Azərbaycan ordusunun Qarabağa 44 günlük müzəffər yürüşündən sonra işğalçı Ermənistan əhalisi arasında azərbaycanlıların tezliklə Zəngəzuru, Göyçəni, İrəvanı da ələ keçirəcəkləri barədə təşviş gündən-günə artmaqdadır.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, müxalifət liderlərindən sayılan Narek Samsonyan gecə saatlarında artıq məğlub Ermənistan paytaxtında guya bir neçə azərbaycanlının gəzdiyini iddia edib.

O, bu haqda foto da paylaşaraq belə yazıb:

“Bu saat Ermənistan Milli Təhlükəsizlik Xidməti və Hərbi Polisi tərəfindən qorunan 4 azərbaycanlı İrəvan supermarketlərindən birində alış-veriş edirlər. Bu şəxslərin kimlər olduğu barədə məlumat dəqiqləşdirilir...”

P.S. Burada təəccüblü nə var ki? İrəvan qədim Azərbaycan şəhəridir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru