Rusiyada azərbaycanlı güllələnərək öldürüldü

4-02-2016, 17:30           
Rusiyada azərbaycanlı güllələnərək öldürüldü
Dünən axşam yerli vaxtla saat 23:10-da Rusiyanın Leninqrad vilayətinin Tosno rayonunda naməlum şəxslər tərəfindən qara rəngli “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, 42 yaşlı azərbaycanlı güllələnərək öldürülüb.

Rusiya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən bildirirlər ki, Yam-İjora qəsəbəsindəki “Arqo” kafesinin yaxınlığında Ulyanovsk şəhərində qeydiyyatda olan, adı açıqlanmayan azərbaycanlı kişi naməlum şəxslərin “Chevrolet Lacetti” avtomobilindən aşdığı atəş nəticəsində həlak olub.

“Mercedes” maşınına tərəf ən azı 10 güllənin atıldığı xəbər verilir. Mənbə bildirir ki, öldürülmüş azərbaycanlının tərəvəz təchizatı ilə bağlı bizneslə məşğul olması güman edilir.

Faktla bağlı Leninqrad vilayətinin İstintaq komitəsində cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru